Ağıllı Fermer Təsərrüfatı

SAF təsərrüfat modelləri

Go to Örtülü sahədə SAF təsərrüfat modeli

Örtülü sahədə SAF təsərrüfat modeli

Modelin əsas istiqaməti istiliklərdə tərəvəz istehsalı olacaq. 320 m2 sahədə yaradılmış təsərrüfat damcılı suvarma sisteminə avtomatik nəzarət, bitki mühafizəsi üçün çiləyici, havalandırma sistemi, kölgələmə sistemi, istilik sistemi, termometr, rütubət göstərici, kafes işi, rütubət tənzimlənməsi sistemi avadanlığı ilə təchiz olunacaq.

Go to Açıq sahədə SAF təsərrüfat modeli

Açıq sahədə SAF təsərrüfat modeli

Açıq sahədə SAF təsərrüfat modeli 4 müxtəlif tərəvəz məhsulundan ibarət olacaq 1)pomidor 2) xiyar 3) badımcan 4) bibər. Bu məhsulların seçimi fırlanma əkin sistemi ilə istehsal etmək mümkün olacaq və bazar çıxışını təmin edəcək. Torpağın hazırlanmasından başlayaraq, yığım və qablaşdırmaya qədər bütün aqrotexniki proseslər müasir texnologiyalar tətbiq edilərək layihə ekspertləri tərəfindən keçiriləcək.

Go to Giləmeyvə bağında SAF təsərrüfat modeli

Giləmeyvə bağında SAF təsərrüfat modeli

Giləmeyvə SAF təsərrüfatı modeli moruq bağçasında 0.2 ha sahədə yaradılacaq. Moruq bağı əvvəlcədən hazırlanmış bir sahədə təşkil olunacaq (moruq becərilməsində üzvi və mineral gübrə ehtiyaclarına uyğun olaraq) analizlərin nəticələrinə görə. Damcılı suvarma sistemi inşa ediləcək və bitkilərin qida maddələrinə ehtiyacı bu suvarma sistemi tərəfindən qarşılanacaq.

Go to Arıçılıq SAF təsərrüfat modeli

Arıçılıq SAF təsərrüfat modeli

Arıçılıq SAF təsərrüfatı modeli istehsalı ekoloji təmiz bal istehsal sistemi əsasında olacaq. 30 arı qutuları olan təsərrüfat arıçılıq məhsullarının istehsalı üçün müasir texnoloji avadanlıqları (bal süzən, qoruyucu geyim, körük, qış temperatura nəzarət örtüyü, çərçivələr) ilə təmin ediləcək.

SAF nədir ?

Smart Azerbaijani Farm (SAF)
Ağıllı Azərbaycan Fermer Təsərrüfatı

Ağıllı Azərbaycan Fermer Təsərrüfatı (SAF), innovativ texnologiyaların və təcrübələrin tədbiqi ilə fermer təsərrüfatlarında məhsuldarlığı və fermerlərin gəlirlərini artırmaq üçün olan kənd təsərrüfatı modelidir.

Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonunda yerləşən Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göy-Göl, Qazax, Samux, Şəmkir və Tovuz inzibati rayonlarını əhatə edəcək. Bu region Azərbaycanın kənd təsərrüfatında mühüm rol oynayır və digər regionların kəndli əhalisi ilə müqayisədə ərazi yeni texnologiyaların təqdimatına daha açıqdır.

Hədəf məhsullar əkin ərazisinə, ixrac yönümlü olmasına və yüksək gəlirliliyinə əsasən seçilib. SAF təsərrüfat modeli Azərbaycanın digər regionlarında istifadə edilə biləcək şəkildə yaradılıb.

  • Layihədən Faydalananlar

  • Fermer Təsərrüfatı

  • İqtisadi Rayon

  • Fermer Qrupu


layihənın əsas heyəti

Vüqar babayev

Layihə Rəhbəri
– Gəncə Aqrobiznes Assosiasiyasının İdarə Heyətinin sədri.
– Azərbaycan Milli Elmlər Akademiyası İnnovasiya Şöbəsinin rəisi.

Yalçın Nəsibov

Monitorinq və Qiymətləndirmə üzrə menecer
Gəncə Aqrobiznes Assosiasiyasının İdarə Heyətinin üzvü – Proqram Departamentinin Rəhbəri

Sübhan Vəliyev

Marketinq meneceri
Azərbaycan Dövlət Aqrar Universitetinin Heyvandarlıq və Balıq məhsulları istehsalının texnologiyası kafedrasının Baş Müəllimi

Fermerlər

Layihədən faydalanan fermer rəyləri

Son xəbərlər

Bizimlə əlaqə